`Milli kimliyimizi dini kimliyimizə qarşı qoyurlar`


18:38     13 Aprel 2016 gunduz.jpg

"Etiraf edək ki, bu gün ölkəmizdə heç də zəif olmayan dindarlaşma prosesi gedir".


Femida.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, dindarlaşma prosesi ilə bağlı getdikcə cəmiyyətdə bir sıra problemlərlə qarşılaşırıq: "Təəssüf ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyurlar. Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Bu dırnaqarası dindarlaşma prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur".

G.İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdə yaşadığından bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır.

Komitənin sədr hesab edir ki, dindən qaynaqlannan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər.

G.İsmayılov əlavə edib ki, bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır: "Bu gün adət-ənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem islamda deyil. Səhv anlayışlar bizə səhv islam adı altında gətirilir, biz buna qeyri-ənənəvi islam da deyirik. Biz sağlam islamı təbliğ etmklə radikalızmi, ailə dəyərlərinin aradan götürülməsinə qarşı da mübarizə aparırıq".

Açar sözlər:

Oxunub: 931